HAQQIMIZDA

PİRİZADA ART STUDİO

2021-ci ildən fəaliyyətə başlayan “Pirizada” günü-gündən böyüyüb inkişaf edir,böyük uğurlara imza atır.”Pirizada” milli kolorit və xalça naxışlarını özündə birləşdirən ,eyni zamanda ,müasir dövrün tələblərinə cavab verən keramik məhsullarla zəngindir.
İlk əvvəllər kiçik komanda ilə başlasa da artıq işçilərinin sayı durmadan artır.Uğurlarımızın başlıca səbəblərindən biri peşəkarlıqla çalışan rəhbər heyət və güclü komandanın olmasıdır.Peşəkar rəssam və keramistlər tarixi köklərimizə əsaslanaraq xalça naxışlarımızı,tarixi abidələrimizi,milli ornamentlərimizi öz əsərlərində üzə çıxarırlar.
Burada əl işi olan keramik qabların satışı və istehsalı ilə bərabər,dulusçuluq masterclassları,dulusçuluq və rəsm kursları da fəaliyyət göstərir.Təlim proqramları təcrübəli müəllimlər tərəfindən aparılır.”Pirizadə”nin texnoloji imkanları böyük komandalar üçün masterclasslar keçirməyə,böyük şirkətlərdən gələn böyük korparativ sifarişləri qəbul etməyə imkan verir.
”Pirizadə”nin əsas məqsədi müasir dövrdə bədii keramika sənətini və bu sahədə olan zəngin ənənələri davam etdirərək yeni-yeni müasir texnoloji üsullarla zəngilləşdirib dünyaya tanıtmaqdır.

Xidmətlərimiz

yararlana biləcəyiniz xidmətlər

Masterclass və kurslar

"Dulusçuluq masterclassları" və "Dulusçuluq kursu"  

Ətraflı

Korporativ xidmətlər

Korporativ hədiyyələrin hazırlanması və satışı

Ətraflı

RƏSM KURSU

Rəsm kursu üzrə təlim proqramı

Ətraflı